Əfqan Bayramov da İndoneziyada medal qazandı

Əfqan Bayramov da İndoneziyada medal qazandı
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yığması 10-cu medalını qazanıb.
Bu dəfə idmansevərləri ağırlıqqaldıranımız Əfqan Bayramov sevindirib. 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımız gümüş medala sahib olub. 
Qeyd edək ki, bundan əvvəl idmançılarımız 9 medal qazanmışdı. Karate yığmamızın üzvlərindən Rafael Ağayevlə Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev gümüş medala sahib çıxıb. Komanda yarışlarında da karate yığmamız birinci olub. Bundan başqa ağır atletika yığmamızın üzvü Silviya Angelova gümüş, Zülfüqar Süleymanov isə bürünc medal qazanıb. Üzgüçümuz Yevgeni Lazuka isə 2 mükafata birdən sahib çıxıb. O, 1 gümüş və 1 bürünc medal qazanıb. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər