UEFA prezidenti Aleksander Çeferin qurumda korrupsiya halları barədə iddialara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 55 yaşlı futbol funksioneri UEFA-da heç vaxt rüşvət qalmaqalı olmadığını bldirib:
“Əminəm ki, UEFA mən bura gəlməmişdən öncə də korrupsiyalaşmış təşkilat deyildi.
İnsanlar UEFA ilə FİFA-nı tez-tez qarışdırırlar. Hə, Mişel Platiniyə qarşı bir iş var idi, ancaq o, FİFA-nın vitse-prezidenti qismində araşdırılırdı. Bura gələndə hər şeyi yoxladım. UEFA təmiz təşkilatdır. Bütün göstəricilərimizi dərc edirik, nəyə pul xərclədiyimiz məlumdur, gəlirimizin 97 faizini yenidən futbola yatırırıq”.
Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən UEFA-nın prezidentidir.