Ederson rekorda şərik oldu

Ederson rekorda şərik oldu

"Mançester Siti"nin qapıçısı Ederson İngiltərə çempionatının XXIII turunda “Çelsi” ilə matçda məhsuldar ötürmə müəllifi olub. 

Fanat.Az xəbər verir ki, braziliyalı qolkiper görüşün 68-ci dəqiqəsində Erlinq Holandın “şəhərlilər”i önə keçirdiyi qola assistentlik edib.

Qapıçı indiyə qədər Premyer Liqada 5 məhsuldar ötürmə edib ki, bu da "Tottenhem"in sabiq qolkiperi Pol Robinsonla birlikdə turnir tarixində qapıçılar arasında ən yaxşı göstəricidir.

“Mançester Siti” – “Çelsi” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər