Yayda adı "Real"la hallanan, amma Madrid klubuna keçidi alınmayan Eden Hazard transferi ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, RMC-yə danışan "Çelsi"nin belçikalı ulduzu İspaniya klubunu çox sevdiyini deyib və transfer mesajı verib:
"Real"ı hər zaman çox sevmişəm. Zinəddin Zidanla və ya Zidansız. Bu ilin sonunda "Çelsi" ilə 1 illik müqaviləm qalacaq. Qərarımı verəcəm. Görək nə olur".
Fanat.Az