Belçika millisinin baş məşqçisi Roberto Martines "Cadena Ser"ə müsahibəsində Eden Azar haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Martines Azarın "Real"da "Qızıl top" mükafatını qazana biləcəyinə inanır:
"Azar "Real"ın heyətində "Qızıl top"u qazana bilər. Buna şübhəm yoxdu. Bəzən yeni klubda debüt etmək elə də asan olmur. Zamanla "Real" kimi böyük klubda oynamağın nə demək olduğunu başa düşürsən.
Eden nadir hallarda oyunları buraxır. Son 8 il ərzində "Çelsi"də cəmi 18 matçı qaçırmışdı. PSJ ilə görüşdə zədələnərək sıradan çıxdı. Həmin oyunda Azarın futboldan zövq aldığı və komanda yoldaşlarını əla başa düşdüyü görünürdü.
Məncə, "Real" fanatları Azarın komandada uğur qazanacağından əmindilər".
Belçikalı futbolçu zədə səbəbindən cari mövsümün böyük hissəsini qaçırıb. La Liqada 10 matçda meydana çıxan Azarın aktivində 1 qol, 4 məhsuldar ötürmə var.
Fanat.Az