"Çeçenistana xoşbəxtlik gətirmək istəyirəm" - Yaya Ture

"Çeçenistana xoşbəxtlik gətirmək istəyirəm" - Yaya Ture

“Axmat”ın Kot-d'İvuardan olan məşqçisi Yaya Ture insanların Çeçenistan Respublikasına qarşı münasibətini dəyişmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, 38 yaşlı mütəxəssis bu barədə "Youtube" portalında yayımlanan verilişlərdən birində danışıb:

“İnsanların Çeçenistana münasibətini dəyişmək istəyirəm. Onlara göstərmək istəyirəm ki, bura müxtəliflikləri ilə zəngin yerdir. Mən bir müsəlman olaraq Çeçenistana azadlıq və xoşbəxtlik gətirmək istəyirəm. Respublika prezidenti, klubun prezidenti və azarkeşlərini mədəniyyətlərin mübadiləsində görmək istəyirəm. Onlar mənim nə düşündüyümü, həyata baxışımın necə olduğunu bilmək istəyirlər.Hər şey dəyişə bilər. Yəni mən inanıram ki, siz Qərb mentalitetindən ən yaxşını götürüb, bura gətirə bilərsiz”.

Qeyd edək ki, Yaya Ture "Axmat"ın məşqçilər korpusunun üzvüdür. Mütəxəssis 2021/2022 mövsümünün sonuna qədər komandada çalışacaq.

Emin 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər