Dzyuba ukraynalı döyüşçünü dəstəklədi - "Satqın" adlandırdılar

Dzyuba ukraynalı döyüşçünü dəstəklədi - "Satqın" adlandırdılar

Rusiyalı hücumçu Artyom Dzyuba orta ağır çəkidə ukraynalı UFC döyüşçüsü Nikita Krılovun isveçli Aleksandr Qustafsson üzərində qazandığı qələbədən sonra onun zəfərindən məmnun qaldığını bildirib.

Fanat.Az xəbər verir ki, təcrübəli forvard sosial şəbəkə hesabında belə yazıb:

"Sadəcə, gözəl alındı! Rəqibi necə lazımdırsa, əzişdirdi".

Dyubanın Rusiya ilə müharibə şəraitində olan Ukraynanın təmsilçisini bu şəkildə dəstəkləməsi sosial şəbəkə istifadəçilərini özündən çıxarıb. Rus təqibçilər onun ünvanına təhqiramiz ifadələr işlədib, "satqın" adlandıraraq ölkədən qovulmasını tələb ediblər.

Xatırladaq ki, Krılov dünən keçirilən "UFC London" turniri çərçivəsində baş tutan görüşün ilk raundunda Qustafssonu nokauta salıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər