Dzyuba Türkiyənin bu klubu ilə danışıqlara başladı - SON DURUM

Dzyuba Türkiyənin bu klubu ilə danışıqlara başladı - SON DURUM

Tanınmış rusiyalı hücumçu Artyom Dzyuba kareyrasını Türkiyə Super Liqasında davam etdirmək üçün yeni təklif alıb.

Fanat.Az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, 33 yaşlı forvardı heyətinə qatmaqda "İstanbul BB" maraqlıdır. 

Mənbə artıq tərəflərin əlaqə saxladığını və "Zenit"in sabiq hücumçusunun avrokuboklarda mübarizə aparan Türkiyə klubuna keçməyə isti yanaşdığını vurğulayıb. 

Qeyd edək ki, "İstanbul BB" Konfrans Liqasında gücünü sınayır. Qardaş ölkə təmsilçisi turnirin pley-off mərhələsində Belçika "Antverpen"i ilə üz-üzə gələcək.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər