Dzyuba Türkiyədə nə qədər qazanacaq - MƏBLƏĞ

Dzyuba Türkiyədə nə qədər qazanacaq - MƏBLƏĞ

Rusiya millisinin və "Zenit"in sabiq hücumçusu Artyom Dzyubanın "Adana Demirspor"da 1 illik maaşı açıqlanıb. 

Fanat.Az xəbər verir ki, futbolçunun agenti Malik Arutyunov "Çempionat"a açıqlamasında onun 1 ilə 1,5 milyon avro qazanacağını bildirib. 

Qeyd edək ki, 33 yaşlı Dzyuba 4 qat Rusiya çempionu, 3 dəfə Kubok və 4 dəfə ölkə Superkubokunun qalibi olub.

Xatırladaq ki, “Adana Dəmirspor” Türkiyə Super Liqasının yeni mövsümünün iki turundan sonra 6 xalla birinci yeri tutur. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər