Rusiyalı hücumçu Artyom Dzyuba Türkiyənin "Adana Dəmirspor" klubuna keçib.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müqavilə “1+1” sxemi üzrə imzalanıb. Forvard ötən mövsümün sonunda Sankt-Peterburq “Zenit”ini azad agent statusunda tərk edib.
33 yaşlı Dzyuba 4 qat Rusiya çempionu, 3 dəfə Kubok və 4 dəfə ölkə Superkubokunun qalibi olub.
“Adana Dəmirspor” Türkiyə Super Liqasının yeni mövsümünün iki turundan sonra 6 xalla birinci yeri tutur.
Mirağa