Dyökereş bu səbəbdən MY-yə keçmək istəmir

Dyökereş bu səbəbdən MY-yə keçmək istəmir

"Sportinq"in mərkəz hücumçusu Viktor Dyökereşin xidmətində maraqlı olan "Mançester Yunayted"ə keçmək istəmədiyi bildirilib.

Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.

Xəbərə görə, Lissabon klubunda MY-nin indiki çalışdırıcısı Ruben Amorimin rəhbərliyi altında çıxış edən isveçli forvard "qırmızı şeytanlar"a qoşulmaq variantını riski sayır. Mənbə sözügedən futbolçunun növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq Avropa nəhənglərindən birinə transfer olunmağı arzuladığını vurğulayıb.

Xatırladaq ki, Amorim ötən ilin payızında "Sportinq"i Mançester təmsilçisinə dəyişib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər