Duvud Kəriminin komandasından "Fənərbaxça"ya sürpriz

Duvud Kəriminin komandasından "Fənərbaxça"ya sürpriz

Türkiyə Kubokunun 4-cü turunda sürpriz nəticələr qeydə alınıb. Fanat.az xəbər verir ki, qardaş ölkənin iddialı klublarından "Fənərbaxça" və "Trabzonspor" aşağı liqa təmsilçilərinə uduzub.

"Fənərbaxça" Davud Kəriminin forma geyindiyi "Fethiyespor"u qəbul edib. PTT 1-ci liqanınr autsayderi Super Liqanın liderini səfərdə yenərək mübarizədən kənarlaşdırıb - 2:1. Bununla Türkiyə Kubokunun son iki mövsümünün qalibi mübarizəni erkən başa vurub. Davud "18-liy"ə düşməyib.

"Trabzonspor" "Balıkesirspor"un qonağı olub. Aşağı liqa təmsilçisi Trabzon klubunu 3:1 hesabı ilə yenib. 

Super Liqa klublarından "Gənclərbirliyi" "Nazilli Bələdiyyəspor"a (0:1), Sərgən Yalçının başçılıq etdiyi "Qaziantepspor" "İnegolspor"a (2:3), PTT 1-ci liqanın iddialılarından "İstanbul BB" "Tokatspor"a (0:1) uduzub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər