"Ayaks"ın yarımmüdafiəçisi Duşan Tadiç karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, "Roma" 34 yaşlı Tadiçi İngiltərənin "Lids" klubuna keçməyə yaxın olan Nikolo Dzanyolunun əvəzinə alacaq. Mənbə tərəflərin artıq 2,5 illik müqavilə ilə bağlı razılığa gəldiyini vurğulayıb.
Qeyd edək ki, bu mövsüm Niderland Erediviziyasında 19 oyuna çıxan serb futbolçu 4 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat