Braziliya mətbuatı "Xəzər Lənkəran"ın qapıçısı Duqlas Leyte ilə bağlı yeni məlumat yayıb. Fanat.az xəbər verir ki, həmkarlarımız qolkiperin cənub klubu ilə müqaviləsini yeniləməyəcəyini yazıb.
Məlumatda bildirilir ki, Leytenin "ağ-yaşıllar"la müqaviləsinin müddəti dekabrın 21-də başa çatacaq. Ayın 23-də isə o, Braziliyada, yeni komandası "Quarani"nin düşərgəsində olacaq.
Fanat.az