"Xəzər Lənkəran"ın qapıçısı Duqlas Leyte komandanı tərk edə bilər. Fanat.az xəbər verir ki, bu barədə braziliyalı qolkiper özü məlumat verib.
Leyte bildirib ki, qışda "Quarani"yə qayıda bilər: "Qayıdış imkanına görə şadam. Klub prezidenti 2014-cü ildə komandanın nəyə nail olmaq istədiyini göstərdi. Mən bu niyyətə valehəm".
Qeyd edək ki, Leyte 2009-2010-cu illərdə çıxış etdiyi "Quarani"də 85 oyun keçirib.
Fanat.az