Dünyanın ən yaxşı qapıçısı Türkiyə klubunda

Dünyanın ən yaxşı qapıçısı Türkiyə klubunda

Türkiyənin "Antalyaspor" klubu daha bir dünya ulduzuna elçi düşüb. Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi İker Kasilyası heyətinə qatır.

"Skysport"un müxbiri Canluca Di Marzionun əldə etdiyi məlumata görə, "Antalyaspor" hazırda "Portu"da çıxış edən qolkiperlə anlaşmaq üzrədi. 

Qeyd edək ki, İker Kasilyas karyerasına 1998-ci ildə "Real"da başlayıb və 2015-ci ilədək bu klubda çıxış edib. Joze Mourinyo tərəfindən heyətdən kənarlaşdırılan qolkiper "Kral Klubu"nun heyətində İspaniya çempionluğunu (5 dəfə), "Kral Kuboku"nu (2), ölkə Super Kubokunu (4), Çempionlar Liqasını (3), UEFA Super Kubokunu (2) və klublararası dünya çempionluğunu (2) qazanıb.

"Real"dan sonra "Portu"da çıxış edən qolkiper İspaniya millisində 167 oyun keçirib. O, yığma komandanın heyətində iki dəfə Avropa (2008, 2012) və bir dəfə dünya (2010) çempionu olub.

Kasilyas dəfələrlə UEFA, FİFA və İspaniya Futbol Federasiyası tərəfindən ən yaxşı qapıçı seçlib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər