"Dünyanın ən yaxşı komandası..." - Maurisio Poçettino 

"Dünyanın ən yaxşı komandası..." - Maurisio Poçettino 

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino dünyanın ən yaxşı baş məşqçisinin və komandasının hansı olduğunu deyib.

Fanat.Az xəbər verir ki, "Absolute Chelsea" argentinalı mütəxəssisin dediklərini belə çatdırıb:

"Fikrimcə, "Mançester Siti" dünyanın ən yaxşı komandası, baş məşqçiləri isə dünyanın ən yaxşı baş məşqçisidir. Çox təşkilatlanmış kollektivdir. Bütün zonalarda oyunçularda inkişaf sezilirsə, bu, onların necə işləməsinin göstəricisidir. Bilirik ki, bizi çox çətin oyun gözləyir, amma 3 xal qazanmaq istəyirik".

Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyununu "Mançester Siti"yə qarşı keçirəcək. "Şəhərlilər" 27 xalla ilk pillədə qərarlaşıblarsa, "zadəganlar" 15 xalla 10-cu pillədə mövqe tutublar.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər