Fransanın "L`Equipe" qəzeti ən yaxşı 50 baş məşqçinin siyahısını açıqlayıb. Fanat.Az xəbər verir ki, siyahının ilk pilləsində "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.
Onu "Çelsi"ni çalışdıran Antoine Konte izləyir. İlk "üçlük"ü "Atletiko"ya rəhbərlik edən Dieqo Simeone qarşılaşıb.
"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti 4-cü pillədə qərarlaşıb. "Mançester Yunayted"ə başçılıq edən Joze Mourinyo isə 5-ci yeri tutur.
Ötən mövsüm "Real"a Çempionlar Liqasını, Avropa Super Kubokunu və klublarası dünya çempionluğunu qazanan, cari mövsümdə La Liqada və Çempionlar Liqasında qızıl medallara ən real namizəd hesab olunan Zinəddin Zidan 8-ci, Çiliyə "Copa America"nı qazandıran Xorxe Sampaoli 14-cü, "Lester"i tarixində ilk dəfə İngiltərə çempionu edən Klaudio Ranyeri 18-ci, Portuqaliya ilə Avropa çempionu olan Fernando Santos 19-cu olub.
Fanat.Az