Amerikanın məşhur idman portallarından olan "Bleacher Report" internet saytı müasir futbolda dünyanın ən yaxşı 20 baş məşqçisinin adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, siyahıda bir türk məşqçinin də adına rast gəlinir. "Qalatasaray" və Türkiyə millisindəki uğurları ilə tanınan Fatih Terim siyahıda 15-ci olub. Cari mövsüm "Bavariya" ilə 3 titul qazanan Yupp Haynkes bütün rəqiblərini qabaqlayıb. "Real" (Madrid) klubunun sabiq baş məşqçisi Joze Mourinyo ikinci, İspaniya millisinin çalışdırıcısı Visente del Boske isə üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, "Barselona"dakı uğurları ilə məşhur olan Pep Qvardiola 4-cü yerlə kifayətlənib. Dünyanın ən yaxşı 20 baş məşqçisinin siyahısı belədir:1. Yupp Haynkes 2. Joze Mourinyo 3. Visente del Boske4. Pep Qvardiola5. Otmar Hitsfeld 6. Lui van Qaal7. Marselo Lippi8. Rafael Benitez9. Karlo Ançelotti10. Arsen Venger11. Quus Hiddink12. Luis Felipe Skolari 13. Yurgen Klopp14. Manuel Pelleqrini 15. Fatih Terim16. Mirça Luçesku 17. Antonio Konte18. Marselo Bielsa19. Andre Villaş Boaş 20. Luçano Spaletti
İdman24.az