"Dünyada Messini əvəzləyə biləcək yeganə oyunçu Neymardı"

"Dünyada Messini əvəzləyə biləcək yeganə oyunçu Neymardı"
"Barselona"nın yetirmələri - Tiaqo və Rafinya Alkantara qardaşlarının atası Mazinyo "El Mundo Deportivo"ya açıqlamasında PSJ-nin hücumçusu Neymarın katalon klubuna mümkün qayıdışı barədə danışıb.
Fanat.Az xəbər verir ki, Mazinyo Neymarı "Messinin yeganə əvəzləyicisi" adlandırıb:
"Barselona" Neymarın qayıdışına görə ancaq məmnun ola bilər. Neymar Messinin əsl əvəzləyicisidi. Dünyada onu əvəzləyə biləcək yeganə oyunçu Neymardı.
Tiaqo Münhendə 7-ci ilini keçirir. Rafa isə indi Viqodadı. "Barselona"ya qayıtmaları lazım gəlsə, bunu düşünmədən edərlər. Amma heç vaxt əminliklə danışmaq olmaz".
Neymar 2013-2017-ci illər aralığında "Barselona"da çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər