ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) idmançısı Brus Dijon Cons öldürülüb. "New Orleans Pelicans"ın 23 yaşlı basketbolçusu Cons silahla vurularaq qətlə yetirilib.
23 yaşlı idmançının ölümü haqda Dallas polisi məlumat verib. Polisə Dallas şəhərinin sakini müraciət edərək bildirib ki, səhər tezdən Dijon-Cons onun mənzilinin qapısını sındıraraq evə daxil olub. Yuxudan ayılan sakin onun mənzilinə kimi girdiyini öyrənmək istəyib. O iddia edir ki, basketbolçu onun sualına cavab verməyib və onun yataq otağına daxil olmaq istəyib. Bu zaman ev sahibi tapancanı götürərək ona atəş açıb.
Dijon-Cons qarın nahiyəsindən güllə yarası alıb. Huşunu itirən yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər idmançının həyatını xilas edə bilməyiblər.
Hələlik əslən Los-Ancelesli və Yeni Orlean ştatının oyunçusu olan basketbolçunun Dallasa nə üçün gəldiyi naməlumdur. Bundan əlavə Dijon-Consun zorla soxulduğu mənzil sahibi ilə nə əlaqəsinin olduğu da araşdırılır.
Decin Cons fevral ayında "New Orleans Pelicans" klubu ilə 3 illik müqavilə bağlamışdı.
"National Basketball Association" (Milli Basketbol Assosiasiyası, NBA) Amerika Birləşmiş Ştatlarının 30 komandasından ibarət olan peşəkar basketbol liqasıdır. Liqanın əsası 1946-cı il iyunun 6-nda Nyu-York şəhərində Amerika Basketbol Assosiasiyası olaraq qoyulub. Liqa 1949-cu ildə indiki adını alıb.
NBA çempionluğu titulunu 11 çempionluqla ən çox Phil Jackson qazanıb. Ardınca 9 çempionluqla Red Auerbach, 5 çempionluqla John Kundla, Gregg Popovich və Pat Riley gəlir. Ancaq üç məşqçinin müxtəlif komandalar ilə çempionluqlar yaşayıb.(ANS)
Fanat.az