Dünya Kubokunun II mərhələsində 7 idmançımız yarışacaq

Dünya Kubokunun II mərhələsində 7 idmançımız yarışacaq

Azərbaycan akademik avarçəkənləri Dünya Kubokunun II mərhələsində mübarizə aparacaqlar. İyunun 21-də Böyük Britaniyanın paytaxtı Londondakı Eton Dorney Avarçəkmə Mərkəzində start götürəcək yarışda ölkəmiz 4 qayıq tipində 7 idmançı ilə təmsil olunacaq. 

2012-ci il London Yay Olimpiya Oyunlarında avarçəkmə yarışları məhz bu idman qurğusunda baş tutub. Həmin vaxt təmsilçilərimizdən Aleksandr Aleksandrov finaladək irəliləməyi bacarıb. Aleksandrov yenidən "Eton Dorney”də qüvvəsini sınayacaq. O, həm 1 nəfərlik (M1X), həm də Boris Yotovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Elə Yotov da 1 nəfərlik qayıqla yürüşdə qüvvəsini sınayacaq. 1 nəfərlik yüngül çəkili qayıqda Fərid Saadov yer alacaq. 2 nəfərlik qoşa avarlı qayıqla həm də İvan Antov – Aleksandr Kornilov dueti çıxış edəcək. 2 nəfərlik sükansız qayıqla yürüşlərdə isə Luka Dordeviç – İqor Luçiç dueti mübarizə aparacaq. 

Qeyd edək ki, Dünya Kubokunun II mərhələsi 3 gün davam edəcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər