Dünya çempionunun İspaniya millisindən getdiyi təsdiqləndi

Dünya çempionunun İspaniya millisindən getdiyi təsdiqləndi

İspaniya Futbol Federasiyasının mətbuat xidməti millinin yarımmüdafiəçisi Serxio Busketsin yığma karyerasını bitirdiyini açıqlayıb.

Fanat.Az-ın məlumatına görə, Buskets İspaniya seçməsində 2009-cu ildə debüt edib.

O, ilk dəfə yığmada dünya çempionatının seçmə mərhələsinin oyununda - Türkiyə üzərində qələbə qazanaraq (2:1) DÇ-20210-un final mərhələsinə yüksəldikləri qarşılaşmada forma geyinib. Həmin mundialda dünya çempionu tituluna sahib çıxan Serxio iki il sonra Avropa çempionatının da qalibi olub. 

Qeyd edək ki, Busketsli İspaniya yığması DÇ-2022-nin 1/8 finalında oyunsonrası penaltilərlə (0:3) Mərakeş millisinə yenilərək mübarizəni dayandırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər