Dünya çempionumuz qəzaya düşdü,4 yaralı var

Dünya çempionumuz qəzaya düşdü,4 yaralı var

Avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü, kanoeçi Valentin Demyanenko avtomobil qəzasına düşüb. Fanat.az xəbər verir ki, hadisə Gəncədə baş verib.

 

 Belə ki, Gəncə sakini 1984-cü il təvəllüdlü Məmməd İsmayılov “VAZ 2107” markalı avtomobili idarə edərkən qarşı tərəfdən gələn Demyanenkonun “BMW”si ilə toqquşub.

 

 İlk zərbədən sonra “VAZ 2107” digər “VAZ 2107” markalı avtomobilə də çırpılıb.

 

 Qəza nəticəsində hər iki “jiquli”də olan 4 sərnişin müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.

 

 Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qəza törədən İsmayılov sərxoş vəziyyətdə olub.

 

 Xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir, faktla bağlı araşdırma aparılır.

 

 Xatırladaq ki, Demyanenko bu ilin sentyabrında Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər