Dünya çempionu qızıl medalını satdı

Dünya çempionu qızıl medalını satdı
Fransa yığmasının futbolçusu son dünya çempionatında qazandığı qızıl medalı auksionda satıb.
Fanat.Az "Le Soir”a istinadən xəbər verir ki, mükafatından ayrılmaq istəyən oyunçunun adı açıqlanmır. O, medalını 66 min avroya (122 410 AZN) satıb.
Xatırladaq ki, 2018-ci ildə futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçirilib. Fransa komandası finalda Xorvatiya komandası ilə oynayıb və 4:2 hesabı ilə qalib gəlib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər