Dünya çempionu olmuş baş məşqçi koronavirusa yoluxdu

Dünya çempionu olmuş baş məşqçi koronavirusa yoluxdu
Argentina millisinin sabiq baş məşqçisi Karlos Bilardoda koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, 82 yaşlı mütəxəssisin koronavirus testi müsbət çıxıb.
Onun müalicə kursu keçdiyi qocalar evində virusa yoluxduğu bildirilir. Lakin xəstəlik özünü simptomsuz göstərir.
Qeyd edək ki, Karlos Bilardo 1983-1990-cı illərdə Argentina millisinə başçılıq edib. Komanda onun rəhbərliyi altında DÇ-1986-da qızıl, DÇ-1990-da gümüş medal qazanıb. Bilardo yerli "Boka Xuniors", "Estudiantes", İspaniyada "Sevilya" kimi klublara, həmçinin Liviya millisinə başçılıq edib. Mütəxəssis sonuncu dəfə 2003-2004-cü illərdə "Estudiantes"i çalışdırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər