Dünya çempionu İngiltərəni İspaniyaya dəyişməyə qərar verdi

Dünya çempionu İngiltərəni İspaniyaya dəyişməyə qərar verdi

“Mançester Siti”nin hücumçusu Xulian Alvares komandasını dəyişmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, informasiyanı “The Athletic” yayıb. 

Xəbərə görə, argentinalı forvard “Real”da oynamaq istəyir. Ancaq onun transferi bu yay mütləq baş tutmayacaq, çünki “kral klubu” növbəti mövsüm üçün hücumunu tam təchiz edib.

Alvaresin xidmətində PSJ və “Çelsi” klublarının da maraqlı olduğu bildirilir. O, yeni komandasının start heyət oyunçusu olmaq istəyir. “Mançester Siti”də isə o, belə imkandan məhrumdur. 

24 yaşlı Alvares İngiltərə çempionatının son mövsümündə 36 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər