Hazırda "Deportivo Kali"nin formasını geyinən Fərid Əli Mondraqon DÇ-2014-ün tarixinə düşəcək. Fanat.az xəbər verir ki, kolubiyalı qapıçı mundialın ən yaşlı futbolçusu olacaq.
Kolumbiya mətbuatının məlumatına görə, Mondraqon dünya çempionatında millinin formasını geyinəcək. Belə olan halda isə dünya çempionatında forma geyinmiş ən yaşlı futbolçu məhz o, olacaq.
Belə ki, dünya çempionatının keçirildiyi vaxt - iyunun 21-də kolumbiyalı qapıçı 43 yaşını qeyd edəcək. Bununla da o, Roger Millanın rekordunu əlindən alacaq.
Dünya çempionatında forma geyinmiş ən yaşlı futbolçular
| Futbolçu | Komandası | DÇ | Yaş |
| Roger Milla | Kamerun | 1994 | 42 |
| Pat Cenninqs | İngiltərə | 1986 | 41 |
| Peter Şkilton | İngiltərə | 1990 | 40 |
| Dino Zoff | İtaliya | 1982 | 40 |
| Əli Boumniyel | Tunis | 2006 | 40 |
Fanat.az