Braziliyada 2014-cü il dünya çempionatının rəsmi topunu təqdimatı keçirilib. Fanat.az xəbər verir ki, “Brazuca” adlanan top final mərhələsinin oyunları zamanı istifadə olunacaq.
O, azarkeşlər arasında sorğu nəticəsində seçilib. Eyni zamanda dünya çempionatının keçiriləcəyi istənilən şəhərdə dekabrın 3-də doğulmuş bütün uşaqların valideynlərinə “Brazuca” topu hədiyyə ediləcək.
Qeyd edək ki, 2014-cü il dünya çempionatı gələn il iyunun 12-dən iyulun 13-dək keçiriləcək.
Fanat.az