Dünya çempionatının mükafat fondu artdı - 560 MİLYON

Dünya çempionatının mükafat fondu artdı - 560 MİLYON
Futbol üzrə 2014-cü il dünya çempionatının mükafat fondu 140 milyon dollar artıb. Fanat.az xəbər verir ki, bu barədə FIFA-nın baş katibi Jerom Valke açıqlama verib.
 
O Braziliyada baş tutacaq Mundialda mükafat fondunun 560 milyon dollar təşkil edəcəyini bildirib.
 
Qeyd edək ki, Cənubi Afrika Respublikasında keçirilmiş 2010-cu il dünya çempionatında bu rəqəm 420 milyon dollar olub. Bu isə qarşıdakı Mundialda mükafat fondunun 30 faiz artırılacağı anlamına gəlir.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər