Dünya çempionatının bombardiri dünyasını dəyişdi

Dünya çempionatının bombardiri dünyasını dəyişdi

İtaliyalı veteran hücumçu Salvator Skillaçi vəfat edib. 

Fanat.Az "Euro-football"-a istinadən xəbər verir ki, o, 59 yaşında dünyasını dəyişib. 

Sabiq futbolçu uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunurdu. 

Dünya çempionatının bombardiri dünyasını dəyişdi Xatırladaq ki, Skillaçi 1997-ci ildə futbolçu karyerasını bitirib. O, 1990-cı il dünya çempionatında, İtaliyanın bürünc mükafat qazandığı mundialda bombardiri olub. "Azzurra Skuadra"nın heyətində 16 oyun keçirib və 7 qol vurub. 

Salvator klub karyerasında "Messina", "Yuventus", "İnter" və Yaponiyanın "Jubilo İvata" klublarında çıxış edib. O, iki dəfə UEFA Kubokunu və bir dəfə İtaliya Kubokunu qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər