Dünya çempionatının afişası təqdim edildi - Ayı və yeddi idmançı

Dünya çempionatının afişası təqdim edildi - Ayı və yeddi idmançı

Beynəlxalq Cüdo Federasiyası (IJF) oktyabrın 6-13-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatının afişasını təqdim edib.

Fanat.Az xəbər verir ki, afişa cizgi filmi formatındadır.

Posterdə mundialın maskotu ayı və onun ətrafında yeddi idmançı fiquru təsvir edilib. Onların arasında Laşa Şavdatuaşvili (Gürcüstan), Davlat Bobonov (Özbəkistan), Yoşiro Maruyama (Yaponiya) və Nikoloz Şerazadişvilini (İspaniya) tanımaq olar. 

Qeyd edək ki, DÇ-də Azərbaycanı 11 cüdoçu təmsil edəcək. Bunlar Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (90 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyevadır (52 kq).

Dünya çempionatının afişası təqdim edildi - Ayı və yeddi idmançı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər