Dünya çempionatında yenə uduzduq

Dünya çempionatında yenə uduzduq
İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gün II mərhələnin II turunun oyunları keçirilir.
Millimizin bu dəfəki rəqibi Dominikan Respublikası olub. İlk setdə 25:23 hesabı ilə qalib gələn komandamız üstünlüyü qoruya bilməyib. Növbəti 3 setdə yenilən (25:11, 25:21, 25:17) yığmamız 1:3 hesablı məğlubiyyətə üzülüb.
Qeyd edək ki, ikinci qrup mərhələsində yığmaların ilk mərhələdə "4-lük" komandaları ilə matçlarda qazandıqları xallar da saxlanılır. Hazırda komandamızın aktivində 2 xal var. Bu xallar Yaponiya üzərindəki 3:2 hesablı qələbəyə görə verilib. 
Millimiz A qrupunda ilk 4 pilləni tutumuş komandalara rəqib olub. Dünən İtaliyaya uduzan (1:3) komandamız oktyabrın 4-də Xorvatiya, 5-də Almaniya ilə qarşılaşacaq.
Dünya çempionatı
II qrup mərhələsi
E qrupu, II tur
2 oktyabr
Dominikan Respublikası - Azərbaycan 3:1 (23:25, 25:11, 25:21, 25:17)
Dominikan Respublikası: 1. Anneris Viktoriya Valdes, 4. Marianne Fersola Norberto, 5. Brenda Kastillo, 7. Niverka Darlenis Marte Frika, 12. Rosalin Angeles Royas, 14. Prisilla Rivera Brens, 16. Yonkaira Paola Pena İzabel, 17. Gina Altaqrasia Mambru Kasilla, 18. Betania De La Kruz De Pena, 19. Ana Yorkira Binet Stepens, 20. Brayelin Elizabet Martines. 
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Kovalenko, 3. Anastasiya Qurbanova, 4. Oksana Parxomenko, 5. Odina Əliyeva, 6. Ayşən Abduləzimova, 7. Yelena Parxomenko, 8. Natavan Qasımova, 10. Jana Ağayeva, 11. Katerina Jidkova, 16. Oksana Kiselyova.
Bari. "PalaFlorio" salonu.

№

Komanda

O

Q

M

S/F

X/F

X

1

Dominikan R

5

5

0

15-9

530-472

11

2

Çin

4

4

0

12-2

333-266

11

3

Italiya

4

3

1

11-5

362-305

10

4

Yaponiya

4

1

3

9-10

396-408

6

5

Xorvatiya

4

2

3

8-10

352-399

5

6

Belçika

4

1

3

6-9

322-335

4

7

Azərbaycan

5

1

4

5-14

364-444

2

8

Almaniya

4

0

4

5-12

343-373

2

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər