"Dünya çempionatında nəyin bahasına olur-olsun..." -MÜSAHİBƏ

"Dünya çempionatında nəyin bahasına olur-olsun..." -MÜSAHİBƏ

Azərbaycanın kişilərdən ibarət cüdo millisinin 90 kiloqram çəki dərəcəsindəki üzvü Məmmədəli Mehdiyevin Fanat.Az-a müsahibəsi

- Təl-Əviv "Böyük Dəbilqə"sində üçüncü olmaqla, uzun aradan sonra nəhayət "Dünya Turu" seriyasında medal qazana bildiniz. Yarışdakı nailiyyət və keçirdiyiniz görüşlər barədə təəssüratlarınızı öyrənək. 

- Yarışdan əvvəl Fransada təlim-məşq keçmişdik. Özümü yaxşı hiss edirdim. Təl-Əviv "Böyük Dəbilqə"sində ötən il qızıl medal qazanmışdım. Bu dəfə də İsrailə qələbə üçün getmişdim. Yarımfinal görüşündə cüzi səhv bütün planları alt-üst etdi, gürcü idmançıya məğlub oldum. 

- Öncəki yarışlardakı uğursuzluqları nə ilə bağlayırsınız?

- Yeni məşqçilərin proqramına uyğunlaşmamışdım. Bunu nəzərə alaraq sonradan mənə individual proqram yazdılar. Nəticədə indi özümü çox yaxşı hiss edirəm. 

- Mayda Qətərdə dünya çempionatı keçiriləcək. Onadək hansı yarışda iştirakınız gözlənilir?

- Hazırda Yaponiyaya təlim-məşqə yollanırıq. İki həftə toplanışımız olacaq. Ondan sonra Çexiyada təlim-məşqimiz var. Martın sonunda Antalya "Böyük Dəbilqə"sində iştirakım gözlənilir. Daha sonra da dünya çempionatına hazırlaşacağıq.

- Dünya çempionatlarında hələ ki medalınız yoxdur. Qarşıdakı mundialla bağlı hədəf nədir?

- Əsas məqsəd dünya çempionatıdır. Çox istəyərdim ki, dünya medalım olsun. Nəyin bahasına olur-olsun bu dünya çempionatından medalla qayıdacağam. 

- 90 kiloqramda Murad Fətiyev və Vüqar Talıbov kimi gənc idmançılar da yavaş-yavaş sözlərini deməyə başlayıblar. Olimpiadaya doğru hansısa rəqabət, təzyiq hiss edirsiniz?

- Çoxdandır mənim çəkimdə rəqabət yox idi. İndiki vəziyyət mənə də stimul verir. Rəqabətə ancaq sevinə bilərəm.

Sahib Əsədbəyli

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər