"DÇ-2026"da çıxış edəcək komandaların sayı artırıla bilər. Fanat.az xəbər verir ki, bu barədə FIFA-nın prezidenti Canni İnfantino məlumat verib.
Dünyanın ali futbol qurumunun rəhbərinin verdiyi məlumata görə, 10 il sonra keçiriləcək dünya çempionatında 40 komanda iştirak edəcək. O, bu addımı atmaqla Afrika və digər ölkələrə jest edəcəklərini düşünür. Bundan başqa İnfantino təklifin öz fikri olduğunu qeyd edib. Fikiri rəsmiləşdirmək üçün o, lazımı şəxslərlə görüşəcəyini də söyləyib.
Xatırladaq ki, dünya çempionatının final mərhələsinin mövcüd formatına əsasən, yarışda 32 milli komanda mübarizə aparır.
Fanat.az