İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının II turuna start verilib. Fanat.az xəbər verir ki, bu gün milli komandamız ikinci oyununu keçirib.
Budəfəki rəqibimiz Çin yığması olub. Oyun rəqibin üstünlüyü şəraitində keçib. İlk setdə 12 xallıq fərqlə (25:13) qalib gələn çinlilər ikinci setdə 9 xallıq fərqlə sözünü deyib (25:16). Millimiz üçüncü setdə müqavimət göstərib, bir neçə dəfə bərabərliyi təmin etsə də, məğlubiyyətdən qaça bilməyib (17:25). Beləliklə, komandamız dünya çempionatındakı ikinci oyununda darmadağına üzülüb - 0:3.
Qeyd edək ki, millimiz ilk turda Yaponiyanı 3:2, Çin Puerto-Rikanı 3:0 hesabı ilə yenmişdi. D qrupunun digər oyunlarında Belçika Yaponiya, Puerto-Rika Kuba ilə qarşılaşacaq.
DÇ-2015
Yaponiya
II tur
24 sentyabr
Çin - Azərbaycan 3:0 (25:13, 25:16, 25:17)
Çin: 1. Xinyue Yuan, 2. Tinq Zu, 3. Fanqxu Yanq, 5. Yinqsi Şen, 6. Yunjinq Yanq, 7. Qiuyue Vei, 8. Çunley Zenq, 9. Xiaotonq Liu, 11. Yunli Xu, 12. Ruoqi Hui, 15. Zan Çen, 16. Huimin Vanq.
Azərbaycan: Ceyran Əliyeva, 2. Kseniya Kovalenko, 3. Anastasiya Qurbanova, 4. Oksana Parxomenko, 5. Odina Əliyeva, 6. Ayşən Abduləzimova, 7. Yelena Parxomenko, 8. Natavan Qasımova, 10. Jana Ağayeva, 11. Katerina Jidkova, 16. Oksana Kiselyova, 17. Polina Rahimova.
Hakimlər: Xalid Ben Çaabane (Tunis), Fabrizmo Pasquali (İtaliya).
Bari. "PalaFlorio" salonu.
| № | Komanda | O | Q | M | S/F | X/F | F |
| 1 | Çin | 2 | 2 | 0 | 6:0 | 150:107 | 6 |
| 2 | Belçika | 1 | 1 | 0 | 3:0 | 75:43 | 3 |
| 3 | Azərbaycan | 2 | 1 | 1 | 3:5 | 148:175 | 2 |
| 4 | Yaponiya | 1 | 0 | 1 | 2:3 | 100:120 | 1 |
| 5 | Puetro-Riko | 1 | 0 | 1 | 0:3 | 61:75 | 0 |
| 6 | Kuba | 1 | 0 | 1 | 0:3 | 43:75 | 0 |
Fanat.az