Dünya çempionatına damğa vuran komandalar

Dünya çempionatına damğa vuran komandalar
Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, artıq qrup mərhələsi başa çatıb və 1/8 finala vəsiqə qazanan komandalar müəyyənləşib.
Bəzi komandalar gözləntilərin üstündə çıxış edərək, özündən söz etdirib, bəziləri isə xəyat qırıqlığı yaradıb. Dünya çempionatına damğa vuran 5 komandanı təqdim edirik.
1. İspaniya və Hollandiyanın yer aldığı B qrupunda olduqca yaxşı oyun sərgiləyən Çili Avstraliya (3:1) və İspaniyanı (2:0) yenərək iki turdan sonra 1/8 finala vəsiqəni təmin etdi. Lakin lideri müəyyənləşdirən son matçda Hollandiyaya son 15 dəqiqədə buraxdıqları iki qolla yenildilər - 0:2. Buna rəğmən Çili İspaniyanı turnirdən kənarda qoymaqla özündən söz etdirdi.
2. "Ölüm qrupu" adlandırılan D qrupunda yer alan Kosta Rika İtaliya, İngiltərə və Uruqvay kimi güclü komandalarla oyunlarda 7 xal topladı. İlk matçda Uruqvayı 3:1, ardınca İtaliyanı 1:0 hesabı ilə yenən kosta-rikalılar qrupdan çıxdıqdan sonra İngiltərədən lazım olan bir xalı aldı - 0:0.
3. Portuqaliya və Almaniyanın yer aldığı C qrupuna düşən ABŞ da 1/8 finala çıxan komandalardan oldu. Qananı məğlub edən amerikalılar Portuqaliya ilə matçın son dəqiqələrdə qol buraxaraq işini çətinləşdirsə də, vəzifəsinin öhdəsindən gəldi. Portuqaliya Qananı böyük hesabla yenə bilmədiyindən ABŞ millisi top fərqi ilə mərhələ adladı.
4. Argentinanın favorit olduğu F qrununda ikincilik uğrunda mübarizənin Nigeriya ilə Bosniya və Hersoqovina arasında gedəcəyi dəqiq idi. İkincilik üçün Bosniya və Hersoqovina favorit göstərilsə də, Nigeriya bunun əksini sübut etdi və adını 1/8 finala yazdırdı.
5. H qrupunda Belçika çətinlik çəkmədən liderliyini təmin etdi. İkinci yerə isə turnirin startınhan əvvəl ən az şans verilən Əlcəzair sahib çıxdı. İlk matçda Belçikaya 1:2 hesabı ilə yenilən afrikalılar Cənubi Koreyanı məğlub etdi - 4:2. Son matçda isə Rusiya ilə heç-heçə oynayaraq 1/8 finala çıxdı - 1:1.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər