Dünya çempionatına aparılacaq heyət açıqlandı

Dünya çempionatına aparılacaq heyət açıqlandı

Cüdo üzrə Azərbaycan yığması Rusiyanın Çelyabinsk şəhərində keçiriləcək dünya çempionatında çıxış edəcək heyəti açıqlayıb. Fanat.az xəbər verir ki, məşqçilər heyəti 2 çəki dərəcəsində 2 idmançı ilə təmsil olunmağı qərara alıblar.

60 kq. çəkidə İlqar Müşkiyevlə yanaşı, Orxan Səfərov da mübarizə aparacaq. 100 kq-da isə ölkəmizi son dünya çempionu Elxan Məmmədov və Tümendəki "Böyük dəbilqə"nin qalibi Elmar Qasımov təmsil edəcəklər.

Çelyabinskə aparılan digər cüdoçulara gəlincə, bunlar Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Safquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq) və Kifayət Qasımovadır (57 kq).

Qeyd edək ki, dünya çempionatı avqustun 25-dən 31-dək davam edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər