Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu

Sabah Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcək.

Fanat.Az xəbər verir ki, bu gün yarışın püşkatma mərasimi keçirilib. Nəticədə Azərbaycanın 13 (9 oğlan, 4 qız) təmsilçisinin də ilk rəqiblərinin adına aydınlıq gəlib.   Oğlanlar

50 kq 1/8 final. Məhəmməd Məmişov - Emiliano Lattanzi (İtaliya)

55 kq 1/8 final. Şahin Oruczadə - Denis Qalabov (Bolqarıstan) / Vahe Ağasyan (Ermənistan) cütünün qalibi

60 kq 1/16 final. Nizami İmranov - Matiya Yeremiç (Serbiya) / Françesko Sampino (İtaliya) cütünün qalibi

66 kq 1/16 final. Əbil Yusubov - Mohumadeou Mboup (Seneqal) / Luka Katiç (Xorvatiya) cütünün qalibi 1/16 final. Nicat Nağıyev - Ernane Neves (Braziliya) / Samuel Hager (Slovakiya) cütünün qalibi

73 kq 1/16 final. Əli Hacızadə - İmran Qusiç (Bosniya və Herseqovina) 1/32 final. Nahid Tarquliyev - Taras Nielziev (Ukrayna)

81 kq 1/16 final. Camal Bağışov - Askar Birjanov (Qazaxıstan)

+90 kq 1/16 final. Ramazan Əhmədov - Zan Kostanjsek (Sloveniya)

Qızlar

48 kq 1/16 final. Aydan Vəliyeva - Zarina Camalova (Özbəkistan)

52 kq 1/16 final. Vüsalə Hacıyeva - Yi-Hsi Şen (Taypey)

57 kq 1/16 final. Fidan Əlizadə - Gülzade Korkmaz (Türkiyə)

+70 kq 1/16 final. Nigar Süleymanova - Sevinç Turakulova (Özbəkistan)

Qeyd edək ki, cüdoçular 24-27 avqust tarixlərində fərdi yarışlarda, 28 avqustda isə komanda turnirində iştirak edəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər