Dünya çempionatı üçün 618093 nəfərlik stadion

Dünya çempionatı üçün 618093 nəfərlik stadion

Braziliyada iyunun 12-dən iyulun 13-dək baş tutacaq dünya çempionatının oyunlarına ev sahibliyi edəcək 12 stadionun ümumi azarkeş tutumu müəyyənləşib. Fanat.az xəbər verir ki, bu arenalar ümumilikdə 618 min 93 nəfər tutur.

Final oyununun keçiriləcəyi "Marakana" bu stadionlar arasında ən çox azarkeş tutumuna malik olandı. Rio de Janeyrodakı arena 74 min 698 nəfərlikdi. 

Qeyd edək ki, "Marakana" tarixində ikinci dəfə dünya çempionatının finalına ev sahibliyi edəcək. Belə ui, 1950-ci ildəki mundialın Braziliya - Uruqvay finalı da bu arenada baş tutmuşdu. Həmin vaxt stadionun azarkeş tutumu 199 min 854 nəfər idi. Sonradan bu say azaldılaraq 74 min 698-ə endirilib.

DÇ-2014-ün açılış matçı "Arena de San Paulo"da keçiriləcək. Braziliya - Xorvatiya matçına ev sahibliyi edən arenanın tutumu 61 min 606 nəfərdi. Dünya çempionatı oyunlarının baş tutacağı stadionlar arasında ən az azarkeş tutumuna sahib olanı "Arena da Bayksada"dı - 38 min 533.

Stadion

Şəhər

Tutumu

Marakana

Rio de Janeyro

74.698

Nacional

Brasiliya

69.432

Arena de San Paulo

San Paulo

61.606

Kastelao

Fortaleza

60.348

Mineyrao

Belo Horizonte

58.259

Arena Fonte Nova

Salvador

51.708

Beyra-Rio

Porto Alegre

42.991

Arena Pernambuko

Rekife

42.583

Arena Pantanal

Kuyaba

39.859

Arena Amazonia

Manaus

39.118

Das Dunas

Natal

38.958

Arena de Bayksada

Kuritiba

38.533

Cəmi

618.093

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər