Qadınlar arasında Kanadanın Halifaks və Truro şəhərlərində keçirilməsi planlaşdırılan 2020-ci il dünya çempionatı koronavirus infeksiyasının yayılması səbəbindən təxirə salınıb.
Fanat.Az xəbər verir ki, Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) prezidenti Rene Fazel bu barədə açıqlama yayıb:
"Bu yöndə qərar qəbul etmək bizim üçün elə də asan deyil. Səbirsizliklə Kanadada keçiriləcək turnirin startını gözləyirdik. Amma oyunçular, rəsmilər və azarkeşlərin sağlamlığı üçün yarana biləcək təhlükəni nəzərə alaraq dünya çempionatını təxirə salmaq qərarına gəldik".
Bu, ilk belə hal deyil. Daha əvvəl 2003-cü ildə Çinin ev sahibliyində keçirilməli olan dünya çempionatı sars virusuna görə təxirə salınmışdı.
Fanat.Az