Dünya çempionatı öncəsi ilginc istəklər

Dünya çempionatı öncəsi ilginc istəklər
Braziliyada keçiriləcək dünya çempionatına qatılacaq yığmalar indidən ilginc istəkləri ilə gündəmə gəlir. Komandaların məskunlaşacağı bölgələrdən, qalacaqları otellərə qədər hər şeyə həssaslıqla yanaşan ölkələr turnirə ev sahibliyi edəcək Braziliyaya xüsusi istəklərini çatdırırlar. Bu istəklərin bir çox dünya şöhrətli sənətçilərin tələblərindən fərqli deyil. Braziliyanın "Lance!" qəzeti bu istəklərdən bəzilərini müəyyənləşdirə bilib.
Əlcəzair: Futbollar, məşqçilər və texniki işçilərin qaldığı bütün otel otaqlarında Quran olmalıdı.
Çili: Hər otağa yeni yataqlar və plazma televizorlar qoyulmalıdı.
Uruqvay: Bütün otaqlara mövcud olan ən səssiz kondinsonerlərin qurulmasını tələb edib.
Fransa: Komandada çox sayda müsəlman futbolçu olduğundan halal ət və digər qida məhsulları istənilib. Həmçinin bütün hamamlarda duru sabun olmalıdı.
Honduras: İki Honduras və və 6 İspaniya kanalının otel otaqlarında göstərməsi istənilib.
Yaponiya: Hər otaqda cakkuzi olmalıdı.
Avstraliya: Dünyanın ən məşhur qəzetləri hər gün otaqlara gətirilməlidi.
İsveçrə: Hər otaqda yüksək sürətli internet və İsveç kanallarını tələb edib.
Portuqaliya: 6 mühafizəçi isəyib. Bunlardan 4-ü sadəcə Kriştiano Ronaldonu mühafizə edəcək. Həmçinin hər otaqda "Playstation" oyun aparatı olmalıdı.
Ekvador: Hər otağa Ekvadordan gətirilən banan səbətləri qoyulmalıdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər