Dünya çempionatı haqqında maraqlı faktlar

Dünya çempionatı haqqında maraqlı faktlar
Bu gün başlayacaq dünya çempionatı həm ev sahibi Braziliya, həm də FİFA üçün əsl gəlir mənbəyi olacaq. Fanat.az anspress.com-a istinadən xəbər verir ki, Braziliya çempionatdan 51 milyard dollar gəlir əldə etməyi planlaşdırır. FIFA-nın gəliri isə 4 milyarda çatacaq. Qurum bu gəlirin 476 milyon dollarını 32 komandaya mükafat kimi verəcək.
İlkin hesablamalara görə, 3 milyondan artıq insan matçları tribunadan izləyəcək. Bundan dəfələrlə artıq insan isə televiziya başında olacaq. 
Ölkəyə 600 mindən çox turist cəlb ediləcək ki, onların arasında amerikalılar çoxluq təşkil edir. Çempionatın ən ucuz bileti 90 dollardı.
Turnirdə bir ay ərzində 64 oyun keçiriləcək. Matçlar 12 fərqli stadionda baş tutacaq.
Dünya çempionu olacaq komanda 35 milyon dollar alacaq. Mundialda mübarizə aparacaq 32 komandanın dəyəri 6.6 milyard avrodu. 
Bu ilk ilk dəfə olaraq oyunlar "Ultra HD" yayımlanacaq. Bunun üçün 14 ədəd 4K kamera quraşdırlacaq. 
Müxtəlif illərdə keçirilən çempionatı canlı izləyən tamaşaçıların siyahsını təqdim edirik:
1982-ci il İspaniya - 2.1 milyon 
1986-cı il Meksika - 2.3 
1990-cı il İtaliya - 3.5 
1994-cü il Amerika - 3.4 
1998-ci il Fransa - 2.7 
2006-cı il Almaniya - 3.3 
2010-cu il CAR - 3.1 
Dünya Kubokunun ən çox qazanan 10 məşqçisi 
Rusiya - Fabio Kapello 10.8 mln. dollar
İngiltərə - Roy Hocson 5 mln.
İtaliya - Cezare Prandelli 4.1 mln.
Braziliya - Luis Felipe Skolari 3.8 mln.
İsveçrə - Ottmar Hitsfeld 3.5 mln.
Almaniya - Yoahim Löv 3.4 mln.
İspaniya - Visente del Boske 3.3 mln.
ABŞ - Yurgen Klinsmann 3 mln.
Belçika - Mark Vilmots 2.2 mln.
Avstraliya - Ange Postekoqlou 1 mln. 
Stadionların qiyməti 
Estadio Nacional - 627 mln.
Maracana - 470 mln.
Arena de Sao Paulo - 367 mln.
Mineirao - 311 mln.
Arena Fonte Nova - 309 mln.
Arena da Amazonia - 300 mln.
Arena Castelao - 232 mln.
Arena Pantanal - 255 mln.
Arena Pernambuco - 238 mln.
Arena das Dunas - 179 mln.
Beira-Rio - 148 mln.
Arena da Baixada - 146 mln.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər