Dünya çempionatı: Daha bir duetimiz yarımfinalda!

Dünya çempionatı: Daha bir duetimiz yarımfinalda!

Avstriyanın Lints şəhərindəki 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanı təmsil edən daha bir duet yarımfinala yüksəlib.Təsəlli yürüşlərinə qatılan İvan Antov - Boris Yotov dueti ilk "3-lüy"ə düşməyi bacarıb. 

Onlar 2 nəfərlik qoşa avarlı qayıqla (BM2x) 2000 metr məsafəyə yürüşdə 6 dəqiqə 35,71 saniyə nəticə ilə 3-cü olublar. İyulun 25-də isə 2 nəfərlik sükansız qayıqla (BM2-) yarışan İqor Luçiç - Luka Dordeviç dueti seçmə mərhələdə 2-ci olaraq, birbaşa yarınfinala vəsiqə qazanıb. İlk dəfə dünya çempionatı həyəcanı yaşayan Fərid Saadov isə 1 nəfərlik yüngül çəkili qayıqla (BLM1x) həm seçmə, həm də təsəlli yürüşündə sonuncu olduğundan, E finalında (25-ci yer uğrunda) mübarizə aparmalı olacaq.  

Qeyd edək ki, həm yarımfinal yürüşləri, həm də E finalı iyulun 27-də olacaq. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər