Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bu gün Azərbaycanın 2 boksçusu final görüşə çıxacaq.Qol.Az-ın məlumatına görə, Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) qızıl medal uğrunda döyüşəcək.Hər iki boksçunun rəqibi kubalılar olacaq. E.Məmişzadə Yosbani Veytia ilə, A.Səlimov isə Lazaro Alvareslə qarşılaşacaq.Son yarış günündə Azərbaycanın daha bir boksçusu rinqə çıxacaq. Pərviz Bağırov (69 kq) çinli Liu Ve ilə 3-cü yer uğrunda mübarizə aparacaq. Bağırovla Ve bürünc medalı və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Amma reqlament 3-cü yer uğrunda da görüşün keçirilməsini tələb edir. Bağırovdan əlavə, Məmişzadə ilə Səlimov da Rio-2016-ya lisenziya qazanıb.Qeyd edək ki, Abdulqadir Abdullayev (91 kq) də dünya çempionatında bürünc medala yiyələnib. Bununla da Azərbaycanın boks üzrə milli komandası tarixdə ilk dəfə mundialda 4 medalı təmin edib. 3-cü yer uğrunda və final görüşləri Bakı vaxtı ilə saat 21:00-dan etibarən start götürəcək.Fanat.az
Dünya çempionatı: boksçularımız final döyüşünə çıxır
TREND
Azərbaycan futbolu
09:42
17.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Oxşar xəbərlər
Digər
13:09
17.10.2026
Bakıda sumo üzrə dünya çempionatı başlayır
Digər
12:43
17.10.2026
Azərbaycan millisi AÇ-də 3-cü oldu
Digər
19:46
16.10.2026
AMADA-nın İcraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu