Dunqa rəsmən Braziliya yığmasında

Dunqa rəsmən Braziliya yığmasında
Braziliya yığmasının yeni baş məşqçisi rəsmən açıqlanıb. Fanat.az xəbər verir ki, milli komanda Dunqaya tapşırılıb. 
Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. O, bu postda Luis Felipe Skolarini əvəzləyib. Skolarinin başçılıq etdiyi Braziliya DÇ-2014-ün yarımfinalında Almaniyaya 1:7 hesabı ilə yenilmiş, üçüncü yer uğrunda oyunda Hollandiyaya boyun əymişdi - 0:3.
Qeyd edək ki, tam adı Karlos Kaetano Bledorn Verri olan Dunqa ləqəbli mütəxəssis 2006-2014-cü illərdə Braziliya yığmasına başçılıq edib. "Sambaçılar" onun rəhbərliyi altında 2007-ci ildə Amrika Kubokunun, iki il sonra Konfederasiyalar Kubokunun qalibi olub. 2008-ci ildə Braziliyanın U-23 yığmasına (olimpiya yığması) da başçılıq edən Dunqa Olimpiya Oyunlarında bürünc medaloa sahib çıxıb. 50 yaşlı mütəxəssisin son iş yeri "İnternasional" klubu olub.
Dunqa 1987-1998-ci illərdə futbolçu kimi Braziliya yığmasının formasını geyinib. Bu müddətdə o, 91 oyuna çıxıb və 6 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər