Dümfris İtaliyanı İngiltərəyə dəyişir

Dümfris İtaliyanı İngiltərəyə dəyişir

İtaliya A Seriyasının lideri "İnter" müdafiəçisi Denzel Dümfrisi itirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. 

Mənbənin məlumatına görə, 27 yaşlı niderlandlı karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır. 

O, “Mançester Yunayted”in yay transfer pəncərəsi üçün prioritet hədəfidir. “İnter” futbolçunun yüksək maliyyə tələblərinə görə onunla müqaviləni yeniləmək niyyətində deyil. "Mançester Yunayted" isə ona görə 40 milyonundan keçməyə hazırdır.  Müdafiəçinin xidmətində "Aston Villa" və "Bayern Münhen"in də maraqlı olduğu bildirilir. 

Dümfris bu mövsüm "İnter"in heyətində 24 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər