Dubayda həbs edilən məşhur hücumçu Niderlanda ekstradisiya edildi

Dubayda həbs edilən məşhur hücumçu Niderlanda ekstradisiya edildi

İyunun 12-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində həbs edilən futbolçu Kvinsi Promes vətəni Niderlanda ekstradisiya edilib.

Fanat.Az xəbər verir ki, məlumatı "De Telegraaf" yayıb.

33 yaşlı vinger əmisi oğluna bıçaqla hücum etməkdə və narkotik qaçaqmalçılığında təqsirli bilinib. Promesi hər iki cinayətinə görə ümumilikdə 7 il 5 ay həbs cəzası gözləyir.

Artıq Niderland prokurorluğu millinin sabiq üzvünün ekstradisiyasını təsdiqləyib.

Qeyd edək ki, Promes 2018/2019 mövsümündə "Sevilya"da çıxış edib. 2019-2021-ci illər aralığında "Ayaks"ın formasını geyinən futbolçu daha sonra ardıcıl 3 il "Spartak"ın (Moskva, Rusiya) şərəfini qoruyub. Promes son olaraq "Dubay Yunayted"in uğurları üçün çalışıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər