Droqba UEFA prezidenti mükafatına layiq görüldü

Droqba UEFA prezidenti mükafatına layiq görüldü
UEFA prezidenti mükafatının sahibi bəlli olub.
 
Fanat.Az xəbər verir ki, bu ada Fil Dişi Sahili yığmasının sabiq hücumçusu Didye Droqba layiq görülüb.
Qitə futbol qurumunun rəhbəri Aleksander Çeferin onu "lider və qabaqcıl”, həmçinin "meydanda və ondan kənarda mükəmməl və sadiq” adlandırıb. Droqbaya mükafat məhz Çeferin tərəfindən təqdim olunacaq.
Qeyd edək ki, UEFA prezidenti mükafatının əvvəlki sahibləri arasında Bobbi Çarlton, Eysebio, Raymon Kopa, Yohan Kroyff, Françesko Totti, Devid Bekhem və Erik Kantona kimi məşhurlar da olub.

Xatırladaq ki, 42 yaşlı əfsanəvi futbolçu karyerası ərzində "Le Man”, "Genqam”, "Olimpik” (Marsel), "Çelsi”, "Şanxay Şenxua”, "Qalatasaray”, "Monreal İmpakt” və "Finiks Rayzinq” klublarının formasını geyinib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər