Droqba İtaliya klubu ilə anlaşdı

Droqba İtaliya klubu ilə anlaşdı
"Çelsi”nin sabiq futbolçusu Didye Droqbanın oğlu İsak Droqba İtaliya klubuna keçib.
 
Fanat.Az xəbər verir ki, 21 yaşlı hücumçu D Seriyası təmsilçisi "Karateze” ilə anlaşıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gənc Droqbanın müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.
 
Qeyd edək ki, ötən ilin iyulundan azad agent statusu daşıyan "Çelsi”nin yetirməsinin son klubu Fransa təmsilçisi "Genqam” olub. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər